Zaqatalaya yağan leysan yağışları bir sıra fəsadlar törədib.
Xezerxeber.az-ın məlumatına görə, gecə saatlarında rayonun dağlıq ərazilərinə yağan leysan yağışları səbəbindən rayonun ən iri dağ çaylarından olan Böyük çay və Tala çaylarında suyun səviyyəsi həddindən artıq çoxalıb. Çayın bəzi hissələrinin məcrasından çıxması səbəbindən Bəhmətli kəndinin bəzi fındıq bağlarına və həyətyanı sahələrə sel suları dolub. Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistiral yolunun Lahıc və Bəhmətli kəndlərinin yaxınlığından keçən hissəsində avtomobillərin hərəkətində çətinliklər yaranıb, bir müddət yolda hərəkət dayanıb.
Tala çayında suyun həddinən artıq çoxalması səbəbindən isə rayonun Höytala və Yolayrıc kəndlərinin ərazilərini sel sularının basması təhlükəsi yaranıb. Müvafiq qrumlar əraziyə ezam olunub.
Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.