Ərazi hasara alınıb, sakinlərə evlərinin plana düşdüyü deyilir, ancaq 12 ildir ki, gözləyirlər...
Xezerxeber.az xəbər verir ki, kadrlar paytaxtın Nəsimi rayonu, Süleyman Rəhimov küçəsindəndir.
Sakinlərin sözlərinə görə, bu yaşayış ərazisi 2012-ci ildən hasara alınıb. 20 ailə həmin vaxtdan evlərinin söküləcəyi günü gözləyir.
Onlar deyir ki, əraziyə müxtəlif vaxtlarda aidiyyəti qurumların nümayəndələri gəlib, baxış keçirilib.
Vətəndaşların müraciəti ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanladığımız suallar isə cavabsız qaldı.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə "Xəzər Xəbər"ə məsələnin araşdırılacağı bildirildi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.