Binəqədi rayonu ərazisində yerləşən 9 nömrəli şəhər polikilinikasında qeydiyyatda olan şəkərli diabet xəstələri pulsuz verilən dərmanlarını ala bilmirlər.
Xezerxeber.az xəbər verir ki, vətəndaşlar artıq 15 gündür, bununla bağlı polikilikaya gəlib-getsələr də lazımı pereparatlarla təmin olunmadıqlarını iddia edirlər.
Onlar şəkərli diabet xəstələri üçün nəzərdə tutlan pereparatların apteklərdə kifayət qədər olduğunu deyir.
Vətəndaşların müraciətini TƏBİB-ə ünvanladıq.
Qeyd olunub ki, yaxın günlərdə həm Bakı, həm də bölgə polikilinikalarında şəkərli diabet xəstələrinin qarşılaşdıqları problem aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.