Xəzər Xəbər

Azad edilmiş 5080 hektar ərazi Köndələnçay su anbarının suyu ilə suvarılır VİDEO

Veb TV | 20:06 • 14 May 2024
Azad edilmiş 5080 hektar ərazi Köndələnçay su anbarının suyu ilə suvarılır

İşğdaldan azad edilmiş 5080 hektar ərazi Köndələnçay su anbarının su ilə suvarılıb.

Xezerxeber.az-ın məlumatına görə, media nümayəndələri bir neçə gün əvvəl dövlət başçısı tərəfindən Füzuli rayonunda açılışı edilmiş Köndələnçay su anbarları kompleksində olublar.

Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı Atakişi Babayev bildirib ki, su anbarları Füzuli rayonu ərazisində ümumilikdə 6300 hektar əkin sahəsinin suvarılmasına xidmət edir.

Media nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə də tanış olub.

Avtomobil Yolları Dövlət Agentliyinin Qarabağ layihələri üzrə mühəndisi Əyyub Hüseynov bildirib ki, yolun tikintisi sürətlə davam etdirilir.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzrə əsas işlər bu il tamamlanacaq. Növbəti ildə isə tunellərdə havalandırma, işıqlandırma, yol oxu boyu işıqlandırma işləri və yolun nişanlanması işləri başa çatdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar