Birinci Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb.
Xezerxeber.az xəbər verir ki, məlumatlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkil etdiyi mətbuat konfransında elan edilib.
Qeyd edilib k, həmin 73 nəfərdən 64-ü naməlum şəhid məzarlarından tapılan şəxslərdir. 9 nəfərin meyit qalığı isə Edilli, Daşaltı və Sarıcalı kəndlərində aşkarlanmış kütləvi məzarlıqlardan götürülüb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasinın işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib ki, şəhidlərin qalıqları ailələrinə təhvil veriləcək. Dəfn prosesləri ailələrin arzusuna uyğun həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.