Cəlilabadda örüş sahələrini oğurluq məqsədi ilə gəzməkdə və həmin ərazilərdəki sahibsiz heyvanları aparmaqda şübhəli bilinən qohumlar saxlanılıblar.
Xezerxeber.az-ın məlumatına görə, ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinlərinə məxsus 8 baş inək və camışın örüş sahələrindən oğurlanması barədə polisə məlumat daxil olub.
Tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən şəxslər, əvvəllər talama əməllərinə görə məhkum olunmuş 2 nəfər - Ramil Sadıqov və qohumu Raul Quliyev saxlanılıblar.
Hazırda saxlanılan şəxlərin digər analoji əməllərinin olub-olmadığı araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.