Abşeron rayonu, Xırdalan şəhərində bir binadan alınan 3 mənzilin hamısının başqa adamlara da satıldığı iddia edilir.
“Xəzər Xəbər”ə müraciət edən Hüseynağa Heydərov iddia edir ki, “Kəpəz-M” MTK-ya Xırdalan şəhərində inşa etdiyi binadan mənzil almaq üçün müraciət edib.
Altı ay ərzində şirkətə üç mənzilin pulunu ödəyib. Amma sonradan bəlli olub ki, bu mənzillər başqalarına da satılıb.
Xezerxeber.az-ın məlumatına görə, şikayətçi bildirib ki, evlərin ödənişlərini özünü satış meneceri kimi təqdim edən Tamerlan Tağıyev adlı şəxsə ödəyib. Hüseynağa Heydərovun sözlərinə görə, mənzillərdən biri üçün aldığı çıxarış isə sonradan məhkəmənin qərarı ilə ləğv edilib.
Məsələ ilə bağlı “Kəpəz-M” MTK ilə əlaqə saxladıq. Bildirildi ki, sözügedən şikayət əsasında dəfələrlə məhkəmə prosesi keçirilib. Şirkətdə əvvələr menecer, sonra isə mühafizəçi işləmiş Tamerlan Tağıyev insanları aldadaraq, qanunsuz şəkildə onlardan pul alıb. Mənzillərin heç biri vətəndaşlara rəsmi formada satılmayıb. Həmin şəxs məhkəmənin qərarı ilə həbs olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.