"ABŞ münaqişənin başa çatması, sülhün bərqərar olması və sülhməramlı missiyanın Qarabağdan çıxmasını alqışlayaraq Azərbaycanı təbrik etməli idi".
Xezerxeber.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.
Gündəliyə daxil edilən məsələlərin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov birinci sinifə qəbulla bağlı güzəşt olunmasını təklif edib.
Millət Vəkili Məlahət İbrahimqızı isə özəl təhsil məktəblərdə təhsil haqlarının fantastik həddə çatdığına diqqət çəkib.
3-cü oxunuşda 6 qanun layihəsi eləcə də "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi qəbul edilib. Dəyişikliyə əsasən, yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.