May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək.
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev "Xəzər Xəbər"ə bildirib
Komitə rəsmisi həmçinin bildirib ki, ilin sonunadək 20 min keçmiş məcburi köçkünün doğma yurduna qayıdışı planlaşdırılıb.
Doğma yurda dönənlərin hər biri ailə tərkibinə uyğun olaraq mənzillə təmin edilir. Evlərin bölgüsü hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun püşkatma yolu ilə aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.