Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır.
Xezerxeber.az-ın xəbərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Lətifova bildirib ki, bu əməliyyat açıq və qapalı üsulla həyata keçirilir.
Qoyulan diaqnoz, patologiyanın ağırlıq dərəcəsi, pasiyentin ümumi vəziyyəti və digər faktorlardan asılı olaraq uyğun cərrahi üsul seçilir.
Həmçinin pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.
Qeyd edək ki nefrektomiya əməliyyatı TƏBİB-in tabeliyindəki dövlət xəstəxanalarında icra olunur. 2021-2023-cü illər ərzində icbari tibbi sığorta hesabına böyrəyin tam və ya hissəvi çıxarılması ilə bağlı 3 359 əməliyyat icra olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.