Paytaxtın mərkəzi küçələrdindən birində yerləşən səməd vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir
Xezerxeber.az xəbər verir ki, sözügedən bağdakı oturacaqların vəziyyəti sakinləri də narahat edir.
Məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Nizami Mayılov “Xəzər Xəbər”ə bildirdi ki, sözügedən ərazi nəzarətdədir və yaxın günlərdə oturacaqlar təmir olunacaq.
Qurumdan o da bildirildi ki, oturacaqlar təmir olunub yeniləri ilə əvəzləndikdən sonra əraziyə nəzarət ediləcək. Oturacaqlara maddi ziyan vuranların da aidiyyəti orqanlarla birlikdə müəyyən edilməsi planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.