Sosial şəbəkələrdə tərkibinə bu cür mis doldurulan qızıllarla bağlı görüntülər yayılıb.
Xezerxeber.az-ın xəbərinə görə, zərgər Elnur Hüseynov deyir ki, son günlərdə qızıl alarkən fırıldağın qurbanına çevrilənlər çoxalıb.
Zərgər birdirib ki, bu cür malların tərkibinə misdən başqa digər qatqılar da əlavə edilir..
Qızıl satışı ilə məşğul olan satıcılar deyir ki, tərkibində mis olan bu cür qızılları ört-basdır etmək çox asandır. Hətta alıcılar bu hallarla tez-tez rastlaşdıqlarını deyirdilər.
Vətəndaşlar isə qızıl alan zaman bunlara diqqət edirlər.
Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, bu cür hallar tez-tez baş verdiyi üçün tezliklə qiymətli daşlara və metallara nəzarət üçün xüsusi qurumun yaradılması nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.