Ötən il quruma təhlükəsi ilə üzləşən Kür çayında bu il fərqli mənzərə yaşanır.
Xezerxeber.az xəbər verir ki, çayın Salyan ərazisindən keçən hissəsində suyun səviyyəsi 1.5 metr qalxıb.
Melorasiya və Su Təsərrüfatı ASC-nin baş məsləhətçisi Sarvan Ağayev bildirib ki, havaların yağıntılı keçməsi çaylarda sululuğun artmasına səbəb olub.
Onun sözlərinə görə, intensiv yağışlar kür çayının xüsusilə aşağı axınına ciddi təsir göstərib. Nəticədə əkin sahələrinə suyun vaxtında çatdırılması üçün yaxşı imkanlar yaranıb.
Ölkənin əsas su anbarlarında 17 milyard kubmetr su ehtiyatı toplanıb.
Kür çayında suyun səviyyəsinin artması fermerlərin də üzünü güldürüb.
Onlar deyir ki, ötən ildən fərqli olaraq bu mövsüm əkin sahələrində su təminatı ilə bağlı problemlərin olacağı gözlənilmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.