Xəzər dənizinin Azərbaycan hissəsində süni torpaq sahələri yaradılacaq.
Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisə yeni daxil olan "Xəzər dənizinin azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsində əksini tapıb.
Süni torpaq sahələri tikinti məqsədləri üçün yaradılacaq. Hazırda həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri müəyyənləşdirilir. Layihəyə əsasən, süni torpaq sahəsində tikinti fəaliyyəti müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək.
Coğrafiya İnstitiutunun eko-coğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyir ki, belə torpaqlardan istifadə təcrübəsi daha çox Ərəb ölkələrində üstünlük təşkil edir. Onun sözlərinə görə, süni torpaq sahəsi əsasən dayaz hissələrdə yaradıla bilər.
Ancaq şöbə müdiri deyir ki, Xəzərin səviyyəsinin dəyişməsinin bu layihəyə böyük təsiri ola bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.