Xəzər Xəbər

Balığın təsərrüfatda yoxsa, təbii yetişdiyini necə anlamaq olar? –ARAŞDIRMA VİDEO

Veb TV | 21:15 • 12 Aprel 2024
Balığın təsərrüfatda yoxsa, təbii yetişdiyini necə anlamaq olar? –ARAŞDIRMA

Balıq alarkən diqqətli olun!

Çünki sizə dəniz və çay balığı adı ilə süni göldə yetişdirilən balıq sata bilərlər.

Xezerxeber.az-ın xəbərinə görə, mütəxəssislər bildirir ki, balıqların hansı suda yetişdiyini bilmək üçün bəzi nüanslara diqqət etmək lazımdır

Mütəxəssis İlkin Novruzov deyir ki, süni göldə yetişdirilən balıqlar nisbətən ucuz olur. Həmçinin, bu balıqların ətinin rəngi də çay və dənizdə yetişən balıqlardan fərqlənir.

Təsərrüfat balıqlarının ətində həmçinin az da olsa lil və torpaq qoxusu da ola bilər.

Bu arada, balıq qiymətlərində ucuzlaşma var. Bildirilir ki, xarici ölkələrdən Azərbaycana idxal çox olduğundan qiymətlər enib.

O da bildirildi ki, əgər bazarlarda bolluq davam edərsə, qiymətlər daha da enə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti