Xəzər Xəbər

Xəbəri olmadan adına tikinti şirkəti açıldı, 11 min manatdan çox vergi borcu yazıldı VİDEO

Veb TV | 20:15 • 12 Aprel 2024
Xəbəri olmadan adına tikinti şirkəti açıldı, 11 min manatdan çox vergi borcu yazıldı

Kredit götürmək üçün iş yoldaşından kömək istədi, ancaq bu köməklik ona baha başa gəlib.

Xezerxeber.az xəbər verir ki, Kürdəmir rayon Ərəbqubalı kənd sakini Rahid Hüseynov 2 il öncə Bakıda işlədiyi zaman iş yoldaşına kredit götürmək istədiyini deyib. İş yoldaşı kredit götürməkdə ona köməklik edəcəyini deyərək bir nəfərlə tanış edib. Rahid Hüseynov iddia edir ki, tanışları onu "ASAN Xidmət" mərkəzinə apararaq sənədlərə qol çəkdiriblər. 

Rahid Hüseynov deyir ki, 1 il sonra Kürdəmir rayon məşgulluq mərkəzinə işsiz kimi qeydiyyata yazılmaq üçün müraciət edib. Bu zaman mərkəzdən ona bildirilib ki, işsiz deyil, adına "MERDAN" MMC, yəni tikinti şirkəti açılıb.

Hətta o da məlum olub ki vətəndaşın adına külli miqdarda vergi borcu da yazılıb.

Məsələ ilə bağlı Hüquqşunas Sadiq Əfəndiyev "Xəzər Xəbər"ə bildirib ki, başqasının adından şirkətin açılmasında kriminal məqsəd əsasən iqtisadi fəaliyyət sahəsində pul vəsaitlərinin qanunsuz nağdlaşdırılması, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və s. bu kmi qanunsuz əməllərin törədilməsinə və ya bu əməllərin gizlədilməsinə yönəlir. Belə olan təqdirdə vətəndaş adından belə bir şirkətin açıldığını bilən kimi dərhal şirkəti faktiki idarə edən şəxslərin adına verdiyi etibarnaməni, eləcə də "Asan İmza" sertifikatını ləğv etdirməli və bu barədə hüquqmühazə orqanına məlumat verməlidir.

Dövlət Vegi Xidmətindən isə bildirilib ki, bu cür analoji faktlar son vaxtlar geniş yayılmaqdadır. Odur ki, adınızdan sizdən xəbərsiz əməliyyatların aparılmaması, o cümlədən su-istifadə hallarının yol verilməməsi üçün "Asan imza" və ona məxsus məxfi kodların kənar şəxslərə verilməsi yolverilməzdir!

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti