Xəzər Xəbər

Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib VİDEO

Veb TV | 19:50 • 11 Aprel 2024
Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.

Xezerxeber.az-ın məlumatına görə, belə bir halla paytaxt sakini üzləşib.

Sürücü özü kamera qarşısında danışmaq istəməsə də, avtomobil təmiri ilə məşğul olan, daha dəqiq desək, kondisioner ustası Amil Eyyubov bu barədə məlumat verdi.

Usta deyir ki, kondisioner radiatoru avtomobilin ön hissəsində olduğundan kiçik bir qəza zamanı ona zərər dəyir. Bu zaman kondisionerin qazı çıxır. Bəs belə olduğu halda ili nisbətən yeni olan avtomobilin hər hansı bir mayesi ətrafa dağılarsa, bu zərəri sığorta şirkəti ödəməməlidir?

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, ''Sığorta haqqında'' qanuna görə qəzadan sonra avtomobil əvvəl necə idisə, o vəziyyətə qaytarılmalıdır. Yəni dəymiş zərər tam hesablanıb sürücüyə təqdim olunamalıdır.

Ekspert onu da əlavə etdi ki, belə faktla üzləşən sürücülər bu barədə Mərkəzi Banka müraciət etməklə, dəymiş zərəri sığorta şirkətindən ala bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar