Bakının Nizami rayonu, Mehdi Abbasov 94 ünvanında yaşayan sakinlər illərdir yaşadıqları mənzillərə çıxarış ala bilmirlər. Onlar evlərinə qeydiyyata düşə bilmirlər.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, mənzil aldıqları "Olympus Park" şirkətlər qrupu alqı-satqı zamanı bütün evlərin kupça ilə təmin olunacağını vəd edib. Lakin 2019-cu ildən bu günə qədər sənəd ala bilmirlər.
Bina sakinlərinin sözlərinə görə, faktiki olaraq 206 mənzildən heç birinin çıxarışı yoxdur. Halbuki mansarddan mənzil alanlara da çıxarış veriləcəyi vəd edilib. Layihədə göstərilən infrastruktur da təmin edilməyib.
Sakinlərin sözlərinə görə, binada təhlükəsizlik qaydaları da kobud şəkildə pozulub. Elektrik xətləri düzgün çəkilməyib, yağış zamanı qaraj su ilə dolur. Mənzillərin müqavilədiki sahələri də real ölçüdən fərqlidir.
Binanın komendantı sakinlərə illərdir dedikləri cavabı "Xəzər Xəbərə" də bildirdi: “Yaxın zamanda çıxarışlar veriləcək”.
Sakinlər iddialarına görə, etiraz etdikləri üçün şirkətin mühafizəçiləri onlara təzyiq göstəriblər. Onlar da bununla bağlı polisə orqanlarına şikayət ediblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.