Xəzər Xəbər

Paşinyan "tarixi Ermənistan"ı indiki Ermənistan üçün ciddi təhlükə kimi görür VİDEO

Veb TV | 20:07 • 10 Aprel 2024
Paşinyan "tarixi Ermənistan"ı indiki Ermənistan üçün ciddi təhlükə kimi görür

"Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər". 

Xezerxeber.az-ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumətin 2023-cü il üçün planının yekunlarına dair hesabatın müzakirəsi zamanı deyib.

Paşinyan bildirib ki, bununla belə, bu, yeni müharibənin olmayacağına zəmanət vermir.

Baş nazir çıxışı zamanı həmçinin tarixi etiraf edib. Paşinyan bildirib ki, "tarixi Ermənistan" "hazırkı Ermənistan"ın ərazi bütövlüyünü tanımır, "tarixi Ermənistan" və "hazırkı Ermənistan" nəinki bir-birinə uyğun gəlmir, həm də tez-tez bir-biri ilə ziddiyyət təşkil edir və hətta biri digəri üçün ciddi təhlükələr yaradır". O vurğulayıb ki, hökumət diqqətini "hazırkı Ermənistan"ın maraqlarına xidmət etməyə yönəltməlidir. Əks halda xarici təhlükəsizlik çağırışlarını həll etmək şansı olmayacaq.

"Real Ermənistan" beynəlxalq miqyasda 29 min 743 kvadrat kilometr ərazisi ilə tanınan ölkədir", -deyə baş nazir vurğulayıb. 

Paşinyan həmçinin bildirib ki, Qarabağdan olan bir qrup Ermənistanda hakimiyyəti ələ keçirmək istəyib. Onun sözlərinə görə, bəzi şəxslərin hakimiyyəti ələ keçirmək planını sübut edən dəlillər mövcuddur. 

Rusiya ilə münasibətlərə də toxunan Paşinyan deyib ki, Ermənistan bu ölkə ilə mübahisə etmək istəmir, lakin onunla münasibətlər transformasiya olunur.  Baş nazir əlavə edib ki, hazırda "tarixi Ermənistan"la Rusiya arasında münasibətlərdən "real Ermənistan" və Rusiya arasındakı münasibətlərə keçid var.

Paşinyan həmçinin bildirib ki, KTMT müşahidəçiləri Ermənistanda müttəfiq yox, sülhməramlı kimi iştirak etmək istəyib. Nəticədə də Ermənistan özünün təhlükəsizlik təminatları sistemindən kənarda qalacaqdı. Onun sözlərinə görə, KTMT sülhməramlılarının yerləşdirilməsi Ermənistanda marionet hökumətin yaradılmasına gətirib çıxarardı. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti