Xəzər Xəbər

"Telegram" hesabları bu üsulla ələ keçirilir XƏBƏRDARLIQ/VİDEO

Veb TV | 20:39 • 10 Aprel 2024
"Telegram" hesabları bu üsulla ələ keçirilir

Son vaxtlar teleqram hesablarının oğurlanması kütləvi hal alıb.

Xezerxeber.az-ın məlumatına görə, İKT mütəxəssisi Elvin Abbasov deyir ki "Telegram" hesablarının oğurlanması daha çox fişinq hücumları vasitəsilə həyata keçirilir.

Vətəndaşlara saxta keçidlər göndərilir. Həmin keçidə daxil olduqda istifadəçilərdən mobil nömrələrini daxil etmələri tələb olunur. Daha sonra təsdiqləmə kodu göndərilir ki, bu şifrəni daxil etdikdə şəxsin hesabı və yazışmaları ələ keçirilir. Mütəxəssis bildirib ki, dələduzlar teleqram hesablarını ələ keçirəndən sonra ondan müxtəlif məqsədlər üçün istifadə etməyə çalışırlar.

Elvin Abbasov deyir ki, heç kəs özünün sosial şəbəkə hesabının kiməsə lazım olmadığını düşünməməlidir. Onun sözlərinə görə, kiberdələduzların toruna düşməmək üçün şəxsi səhifələr ən güclü şəkildə qorunmalıdır.   

Elektron Təhlükəsizlik Xidməti də teleqram hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, hazırda vətəndaşların teleqram hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır. Vətəndaşlara teleqram hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti