Xəzər Xəbər

Bakıdan Kələbəcərə məsafə qısalacaq - Yeni yol çəkilir VİDEO

Veb TV | 19:50 • 9 Aprel 2024
Bakıdan Kələbəcərə məsafə qısalacaq  - Yeni yol çəkilir

Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşasına başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, uzunluğu 80 km, hərəkət hissəsinin eni 9 metr, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolağından ibarət olacaq. Onun sözlərinə görə, yolun tikintisi zamanı qayaların partladılması üsulundan istifadə olunacaq.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov yolun üstünlüklərinə diqqət çəkib. Bildirib ki, sözügedən yol nəqliyyat üçün Bakıdan Kələbəcərə qədər olan məsafəni xeyli qısaldacaq. İlin bütün fəsillərində bu marşrutdan istifadə etməklə digər yaxın ərazilərə də gedib gəlməyə imkan yaranacaq.

Yeni avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti