Xəzər Xəbər

Xəzər TV mükafata layiq görülüb video

Veb TV | 14:18 • 9 Aprel 2024
Xəzər TV mükafata layiq görülüb

Milli Olimpiya Komitəsinin təsis etdiyi II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin rəsmi mükafatlandırma mərasimi keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, tədbirdə rəsmi şəxslər, idman ictimaiyyətinin tanınmış simaları, qonaqlar və media nümayəndələri iştirak ediblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüzeynzadənin çıxışından sonra mükafatlandırma mərasimi keçirilib.

Təqdim olunan 58 video arasında “Zərif qəhrəman” nominasiyasında Xəzər TV-də yayımlanan “Xoşbəxt sabahlar” televiziya layihəsi mükafat qazanıb. Layihənin aparıcısı Oksana Rəsulova təəssüratlarını bölüşüb.

Qeyd edək ki, İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının növbəti illərdə də keçiriləcəyi bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti