Xəzər Xəbər

Bakıda polisin NARKOTİK ƏMƏLİYYATI VİDEO

Veb TV | 22:00 • 8 Aprel 2024
Bakıda polisin NARKOTİK ƏMƏLİYYATI

Paytaxt polisinin gecə keçirdiyi əməliyyatla üç narkokuryer  tutulub....

Xezerxeber.az xəbər verir ki, daxil olan məlumat əsasında əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunan Cavid Məmmədov, Almas Əflan və Əziz Məhərrəmov saxlanıblar.

Cavid Məmmədovdan 15 kiloqramdan çox marixuana aşkar edilib. Almas Əflan və Əziz Məhərrəmovun üzərlərinə və ikincinin avtomobilinə baxış zamanı isə 3 kiloqrama yaxın marixuana müəyyən edilib. Hər 3 saxlanılan şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

Qeyd edək ki, saxlanılan 3 narkokuryerdən 18 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq dövriyyədən çıxarılıb. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Ölkəyə slikon qablarda gətirilən narkotik vasitələrin dövriyyəsinin də qarşısı alınıb. Cəlilabad rayon sakini 40 yaşlı Mübariz Ağayev paytaxt ərazisində saxlanılıb. Ondan təmir işlərində istifadə olunan qara rəngli slikon qablarda yerləşdirilən 6 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkar edilib. Onun həmin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı "Sadıx" adlı şəxsin tapşırığı ilə karqo şirkətlərindən birindən slikon qabların içərisində yerləşdirilmiş formada əldə etdiyini bildirib. Saxlanılan şəxs narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş. Slikon qablarda aşkarlanan narkotiklər ölkəyə gətirilərkən onların yükləri skan edən rentgen aparatında oxunmaması üçün qablaşdırma zamanı xüsusi kimyəvi materiallardan istifadə olunub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar