Xəzər Xəbər

Avtomatı gözübağlı söküb-yığan məktəbli Ayan danışdı: “Onun sayəsində vətənpərvər olmağı öyrəndik” VİDEO

Veb TV | 21:30 • 8 Aprel 2024
Avtomatı gözübağlı söküb-yığan məktəbli Ayan danışdı: “Onun sayəsində vətənpərvər olmağı öyrəndik”

10-cu sinif şagirdi avtomatı saniyələr içərisində gözübağlı vəziyyətdə söküb-yığır..

Xezerxeber.az xəbər verir ki, söhbət 67 nömrəli tam orta məktəbdə təhsil alan Ayan Həsənovadan gedir. O, silahı 10 saniyəyə gözübağlı şəkildə sökür, eyni çevikliklə də yığır. Bütün bunları xüsusi dəqiqliklə yerinə yətirən Ayan həm də "Şahinlər" komandasının kapitanıdır.

Sinifdə digər şagirdlər də "Çağrışaqədərki hazırlıq" dərsində ilkin hərbi biliklərə yiyələnir, müasir vəsitələr barədə məlumat əldə edirlər.

Şagirdlərə vətənpərvərlik ruhu aşılayan müəllim isə ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqovdur. O, Aprel və Tovuz döyüşlərinin, eləcə də Vətən müharibəsinin iştirakçısıdır.

Müəllim bildirir ki, keçirilən dərsin əsas məqsədi şagirdlərə təhsil verməklə yanaşı, həm də onları yetkin bir vətəndaş kimi yetişdirmək, onlarda vətənə, torpağa sədaqət, ruhunu aşılamaqdır.

Məktəbdəki çağrışaqədərki hazırlıq kabineti də ən son texnoloji vasitələrlə təmin olunub.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar