Xəzər Xəbər

64 yaşlı qadın körpüdən keçmək istəyərkən çaya düşdü – TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:20 • 8 Aprel 2024
64 yaşlı qadın körpüdən keçmək istəyərkən çaya düşdü – TƏFƏRRÜATLAR

Körpüdən keçən yaşlı qadın suya düşərək boğulub.

Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə Şahbuz rayonunun Külüs kəndində baş verib. Kənd sakini, 64 yaşlı Bulqeyis Bağırova körpüdən keçərkən çaya düşüb. Qadın suda boğularaq dünyasını dəyişib.

Mərhumun həyat yoldaşının sözlərinə görə, hadisəyə səbəb körpünün qəzalı vəziyyətdə olmasıdır.

Rayonun icra nümayəndəsi isə bildirib ki, kəndin ərazisindən keçən Keçiliçayın üzərində standartlara uyğun 2 körpü var. Lakin bir neçə yerdə sakinlər özlərinin saldıqları bu cür təhlükəli körpülərdən istifadə edirlər.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar