Xəzər Xəbər

Yaşıl işığın saniyəsi az olduğundan sürücülər tıxacda qalır – ŞİKAYƏT VİDEO

Veb TV | 21:10 • 8 Aprel 2024
Yaşıl işığın saniyəsi az olduğundan sürücülər tıxacda qalır – ŞİKAYƏT

İşıqforun yaşıl işığının saniyəsi az olduğundan sürücülər tıxacda qalıb, yolda sanki avtomobil karvanı yaranıb, hətta Təcili Tibbi Yardım avtomobili də tıxacdan çıxa bilmir...

Xezerxeber.az xəbər verir ki, görüntülər Abşeron rayonun Mehdiabad-Digah yolundandır.

Sürücülər bildirir ki, bu hall artıq aylardır ki, davam edir. Bəzən elə olur ki, sərnişin avtobusları mənzil başına tez çatmaqdan ötrü alternativ yollardan , yəni təmirsiz ara keçələrdən istifadə edirlər.

Avtomobil yolu üzərində yaşayan sakinlər deyir ki, yaşanan bu hala görə, sürücülər məcburən qarşı yola çıxır ki, nəticədə ağır hadisələr qaçılmaz olur.

DİN-nin  "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, mövcud problemdən xəbərləri var. Ancaq həmin yolla bağlı sürücü və sakinlər mütləq ərazi üzrə Dövlət Yol Polisi İdarəsinə müraciət etsinlər. Əraziyə baxış keçirildikdən sonra təlimat əsasında işıqorun nizamlanması təmin ediləcək.

Bununla da problem öz həllini tapmış olacaq.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar