Xəzər Xəbər

Yasamalda sakinlərin sökülən qarajları ilə bağlı rayon İcra Hakimiyyətindən MÜNASİBƏT VİDEO

Veb TV | 21:00 • 8 Aprel 2024
Yasamalda sakinlərin sökülən qarajları ilə bağlı rayon İcra Hakimiyyətindən MÜNASİBƏT

Paytaxtın Yasamal rayonunda, Yeni yasamal 1 ünvanında yeləşən binanın qarşısında sakinlər tərəfindən qeyri-qanuni tikilən qarajlar sökülüb.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyir ki, uzun illərdir ərazidəki qarajlar həm məhəllənin görünüşünə xələl gətirib, həm də uşaqlar üçün oyun ərazilərini zəbt edib.

Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov "Xəzər Xəbərə" bildirib ki, ərazidəki söküntü işləri sakinlərin müraciəti əsasında aparılır.

Qurumun rəsmisi onu da qeyd edib ki, söküntü işləri tam yekunlaşdıqdan sonra, ərazidə uşaq və böyüklərin istirahəti üçün skamyaların quraşdırılması və ümumilikdə məhəllənin abadlaşdırılması nəzərdə tutulub.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar