Xəzər Xəbər

Regionların dövlət büdcəsindən asılılığına SON QOYULUR - Bu rayonlardan başqa… VİDEO

Veb TV | 20:30 • 8 Aprel 2024
Regionların dövlət büdcəsindən asılılığına SON QOYULUR - Bu rayonlardan başqa…

Bu il 59 şəhər və rayon xərclərini  dövlət büdcəsindən maliyyə yardımı almadan öz gəlirləri hesabına təmin edəcək.

Xezerxeber.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrində əksini tapıb. Saatlı, Sabirabad, Salyan, Zaqatala, Qax, Qəbələ, İsmayıllı da həmin rayonlar siyahısındadır.

Bu il yalnız 7 rayona 9.3 milyon manat maliyyə yardımı ayrılacaq. Bu, ötən ilin proqnozu ilə müqayisədə 3, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 22,8 milyon manat azdır.

Millət Vəkili Vüqar Bayramov bildirib ki, bu il dotasiya almayan rayonların sırasına yenisi də əlavə olunub. Onun sözlərinə görə, əsas məqsədlərdən biri rayonlarda daxili imkanlar hesabına maliyyə dayaqlarının formalaşdırılmasıdır. Bununla yanaşı, qarşıya bölgələrdə biznes mühitinin inkişafına süni əngəlləri aradan qaldırmaq hədəfi də qoyulub.

Millət vəkili büdcədən maliyyə yardımı ayrılan rayonlara da diqqət çəkib. Bildirib ki, gələcəkdə həmin bölgələrin də dotasiyadan azad olunacağı gözlənilir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti