Xəzər Xəbər

8 noyabr prospektində çəkiləcək avtobus və velosiped zolaqlarının detalları AÇIQLANDI VİDEO

Veb TV | 21:15 • 6 Aprel 2024
8 noyabr prospektində çəkiləcək avtobus və velosiped zolaqlarının detalları AÇIQLANDI

Bakıda daha bir ərazidə velosiped zolağı çəkilir. Söhbət 8 Noyabr prospektindən gedir.

Xezerxeber.az xəbər verir ki, prospektdə yenidənqurma işləri çərçivəsində yol hərəkətinin təhlükəsizliyi səviyyəsi və mobillik artırılır.

Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov deyir ki, görülən işlər çərçivəsində 8 Noyabr prospektində avtobus zolaqları da təşkil ediləcək.

Bu prospektdə ictimai nəqliyyat maneəsiz hərəkət edəcək.

Qeyd edək ki, prospektdə nəqliyyat vasitələrinin hərəkət istiqamətində, prospektin sağ və sol kənarlarında ümumi uzunluğu 10 km-ə yaxın velosiped yolları salınacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Samuxda ZƏLZƏLƏ
15:00 • 20 Oktyabr 2024