Xəzər Xəbər

İşğaldan azad edilən ərazilərdə yaylaqlara qeydiyyat başladı – TƏFƏRRÜAT VİDEO

Veb TV | 21:30 • 6 Aprel 2024
İşğaldan azad edilən ərazilərdə yaylaqlara qeydiyyat başladı – TƏFƏRRÜAT

İşğaldan azad edilən ərazilərdəki yaylaqlara getmək istəyən fermerlərin qeydiyyatına start verilib.

Xezerxeber.az xəbər verir ki, fermerlər qoyunçuluq və arıçılıq təsərrüfatlarını qeydiyyatdan keçərək Kəlbəcər və Laçın yaylaqlarına apara bilərlər.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, qeydiyyat prosesi portal vasitəsilə həyata keçirilir.

Həmçinin, fermerler əlavə məlumat üçün yerlərdə dövlət aqrar inkişaf mərkəzlərinə müraciət edə bilərlər.

Bu il Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan fermerlərlə yanaşı, daha 8 rayonun fermerləri də öz təsərrüfatlarını qeydiyyatdan keçirə biləcəklər.

Heyvandarlıq təsərrüfatını azad olunmuş ərazilərdəki yaylaqlara köçürəcək fermer özü ilə təsərrüfatdakı xırdabuynuzlu heyvan başının sayına uyğun olaraq  köməkçi və nəqliyyat vasitəsi apara bilər.

Müraciəti təsdiq edilmiş fermerə ANAMA tərəfindən keçiriləcək təlimdə iştirak etməsi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təlimin yeri və vaxtı barədə SMS bildiriş göndəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Samuxda ZƏLZƏLƏ
15:00 • 20 Oktyabr 2024