Xəzər Xəbər

Xocalıda kütləvi məzarlıqdan tapılan daha iki nəfərin qalıqları DƏFN OLUNDU VİDEO

Veb TV | 21:00 • 6 Aprel 2024
Xocalıda kütləvi məzarlıqdan tapılan daha iki nəfərin qalıqları DƏFN OLUNDU

Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları 32 ildən sonra övladlarına təhvil verildi.

Xezerxeber.az xəbər verir ki, Vaqif Məhərrəmov və Bəsirə Məhərrəmovanın 5 uşağı var idi. Ana uşaqları Ağdama yola saldıqdan sonra  özü hərbçi olan yoldaşını tək qoymamaq üçün Xocalıya qayıdır.

Xocalı soyqırımı zamanı itkin düşmüş Vaqif  Məhərrəmov  və Bəsirə  Məhərrəmovanın qalıqları bu gün Zabrat qəbiristanlığında torpağa tapşırıldı.

Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində, keçmiş xalça fabrikinin yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır.

Qeyd olunan ərazidə aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı 4 nəfərin azyaşlı olmaqla, ən azı 18 nəfər şəxsə məxsus olması,  onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları müəyyən edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar