Xəzər Xəbər

Bərdədə 8 ailənin həyatı TƏHLÜKƏDƏ - Yaşayış binası qəzalı vəziyyətdədir VİDEO

Veb TV | 20:15 • 6 Aprel 2024
Bərdədə 8 ailənin həyatı TƏHLÜKƏDƏ - Yaşayış binası qəzalı vəziyyətdədir

Binanın divarları uçub tökülür... Pilləkənlər isə təhlükəli vəziyyətdədir…

Xezerxeber.az xəbər verir ki, Cəlil Məmmədquluzadə küçəsində yerləşən  ikimərtəbəli, yaşayış binası qəzalı vəziyyətdədir.

80 ilə yaxındır ki, taxtadan tikilib istismarda olan yaşayış binasının divarlarında çatlar əmələ gəlib. Sakinlərin sözlərinə görə, tamamilə qəzalı  vəziyyətdə olan bu bina hər an uçmaq təhlükəsi ilə üz-üzədir.

Binada yaşayan 8 ailə aidiyyatı üzrə müraciətlər ediblər. Hər dəfə onlara yalnız söz verilib.

Məsələ ilə bağlı Bərdə rayon Mənzil İstismar sahəsinin rəisi Rauf Qafarov “Xəzər Xəbər”ə bildirib ki, qəzalı bina ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Nazirliyin əməkdaşları tərəfindən binaya baxış keçirilib buranın qəzalı olması təsdiq edilib. Yaxın gələcəkdə bina sakinləri üçün yeni yaşayış mənzillərinin tikilməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Kahramanmaraşda zəlzələ olub
16:31 • 19 Oktyabr 2024