Xəzər Xəbər

Milli Məclisin iclası keçirilib VİDEO

Veb TV | 21:12 • 5 Aprel 2024
Milli Məclisin iclası keçirilib

Bu gün Azərbaycan regionda sabitlik istəyir və beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında sülhə nail olmaq üçün real imkan təklif edir. 

Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisin bu günkü iclasında Brüsseldə keçirilən görüşün müzakirəsi zamanı bildirilib ki, üçərəfli formatda keçirilən görüş  regiondakı proseslərə ciddi mənada təsir edəcək.

İclasda gündəlikdə olan 22 məsələ müzakirə edilib. Deputat Fəzail Ağamalı dərman vasitələrinin əlçatanlığına və keyfiyyətinə diqqət çəkib.

Millət Vəkili Fazil Mustafa isə yaradılacaq Türkiyə-Azərbaycan Universiteti ilə bağlı bır sıra təklif səsləndirib.

Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" və "Bələdiyyələrin statusu haqqında" qanunlara dəyişiklik layihələri üçüncü oxunuşda təsdiqlənib.

Hərbi qulluqçuların vəzifələri də artırılır. Bu vəzifələr sırasına silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsini beynəlxalq qaydalarını öyrənmək və ona riayət etmək daxil edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Kahramanmaraşda zəlzələ olub
16:31 • 19 Oktyabr 2024