Xəzər Xəbər

Bakıda tarixi bina çox təhlükəli vəziyyətdədir VİDEO

Veb TV | 21:28 • 5 Aprel 2024
Bakıda tarixi bina çox təhlükəli vəziyyətdədir

Bakının Yasamal rayonu, Şamil Əzizbəyov 89 ünvanında yerləşən dördmərtəbəli tarixi bina çox təhlükəli vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, yaşı 100-dən çox olan həmin binanın 3-cü mərtəbəsində yaşayan aktyor Eldar Bağırbəyov deyib ki, qəzalı bina artıq çökür. Binanın döşəmələri isə o qədər köhnəlib ki, addım atmaq belə ürək istəyir. Şikayətçi bildirir ki, iki gün əvvəl mənzilin sanitar qovşağı çöküb.

Qonşuların da sözlərinə görə, dəfələrələ aidyyəti qurumlara müraciət olunsa da, hələ nəticə yoxdur.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirldi ki, problemdən xəbərdardırlar və həlli ilə bağlı lazımi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar