Xəzər Xəbər

AYNA: Mikroavtobusla Sumqayıt - Bakı və əks istiqamətə sərnişin daşına bilməz VİDEO

Veb TV | 20:23 • 5 Aprel 2024
AYNA: Mikroavtobusla Sumqayıt - Bakı və əks istiqamətə sərnişin daşına bilməz

''Mikroavtobusla Sumqayıt -Bakı və əks istiqamətə sərnişin daşıyan sürücülər taksi kimi işləyə bilməz''.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Bu istiqamətdə sərnişin daşıyan avtobuslara qarşı mərkəzləşmiş qaydada tələblər qoyulsa da, bəzi sürücülər bu qaydalara riayət etmirlər.Əksinə, onlar taksi kimi işləyirlər. 

Hər gün bu tip nəqliyyat vasitəsi ilə sərnişin daşıyan sürücülər də qanuni işləməyin tərəfdarıdılar. Onlar lazımi sənədləri toplayıb, rüsum ödəməklə aidiyyəti quruma verməyə hazır olduqlarını deyirlər.

Bəs sərnişin tutumu doqquz yerdən az olan nəqliyyat vasitələri üçün bu qaydalar hansı formada tənzimlənir?

AYNA-dan verilən məlumatda görə, bu cür minik avtomobilləri taksi fəaliyyətinə dair tələblərə cavab verməlidir.

Yeri gəlmişkən, AYNA dövlət rüsumunu da açıqlayıb. 7 illik taksi fəaliyyəti üçün buraxılış vəsiqəsinin dövlət rüsumu 125 manat, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib. Bildirilib ki, buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar