Xəzər Xəbər

Bakıda "təmirli mənzil" adı ilə ev alan şəxsin başına iş gəldi VİDEO

Veb TV | 20:39 • 5 Aprel 2024
Bakıda "təmirli mənzil" adı ilə ev alan şəxsin başına iş gəldi

Bakıda çoxmərtəbəli binadan "təmirli mənzil" adı ilə ev alan şəxs əlavə maddi ziyana düşüb. Məlum olub ki, divar kağızlarının altında iri çatlar var. Yəni evin təmiri sadəcə görüntü üçün imiş.

Xezerxeber.az-ın məlumatına görə, döşəmə daxil olmaqla, santexnik və elektrik xətləri də bərbad vəziyyətdədir. Evdə həmçinin nəmişlik yaranıb.

Sosial şəbəkələrdə bununa bağlı yayılan videogörüntü "təmirli  ev  alarkən nələrə  diqqət  etmək lazımdır" sualını yenidən aktuallaşdırır. Sonradan həmin evdə təmir işlərinin aparılması üçün usta kimi dəvət alan Mahir Məmmədov deyir ki, ilk növbədə, təmirli ev alarkən usta baxışının aparılması mütləqdir. Əks halda, xoşbəxt yaşamaq üçün aldıqları ev başlarına bəla ola bilər.

Mahir Məmmədov deyir ki, faktiki olaraq sözügedən evin təmiri olduqca keyfiyyətsiz materiallarla görülüb. Ustanın sözlərinə görə, əgər evin problemləri vaxtında aşkarlanmasa, gələcəkdə ev sahibi daha ciddi problemlərlə üzləşə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar