Xəzər Xəbər

Qərb Ermənistanın üzərindən Cənubi Qafqazda Ukrayna formalaşdırmağa çalışır – RƏY VİDEO

Veb TV | 22:30 • 4 Aprel 2024
Qərb Ermənistanın üzərindən Cənubi Qafqazda Ukrayna formalaşdırmağa çalışır – RƏY

30 il regionda Rusiyanının plastdarmı olan Ermənistan, indi də Qərbin siyasi-hərbi poliqonuna çevrilib. Ermənistan regionda Rusiya-Qərb qarşıdurmasında yeni cəbhə açaraq sülhə təhdid yaradır.

Xezerxeber.az xəbər verir ki, sabah keçiriləcək ABŞ-Aİ-Ermənistan görüşü də Cənubi Qafqaz regionunda cərəyan edilən geosiyasi oyunların bir hissəsidir. 3-cü dünya müharibəssinin və dünyanın yenidən bölünməsi ssenarisi hesab olunan bu oyunun qaydalarını Azərbaycan pozaraq, regionda yeni reallıq və status-kvo yaratdı. Bunu qəbul etmək istəməyən qərbin niyyəti isə cənubi Qafqazda Ukrayna cəbhəsi kimi yeni cəbhə yaratmaqdır.

Politoloq Anar Əliyev bildirib ki, Qərb, Azərbaycanın qəbul etmədiyi və ya iştirakçısı olmadığı hər hansı bir prosesin Cənubi Qafqazda reallaşdırılması demək olar ki, sıfıra bərabər olduğunu dərk edir.

Bu səbəbədən də Blinkenin zəngi və vəziyyəti izah etməyə çalışması Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisidir.

Ekspertlər  hesab edir ki, Azərbaycan Ermənistanın yenidən güclənərək münaqişə ocağı yaratmasına imkan verməyəcək.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Tağı Əhmədov vəfat edib
21:15 • 18 Oktyabr 2024