Xəzər Xəbər

Şəmkirdə bir qrup qəssab ət kəsimi məntəqələrinin fəaliyyətindən NARAZIDIR VİDEO

Veb TV | 21:10 • 4 Aprel 2024
Şəmkirdə bir qrup qəssab ət kəsimi məntəqələrinin fəaliyyətindən NARAZIDIR

Bir qrup qəssab ət kəsimi məntəqələrinin fəaliyyətindən narazıdırlar.

Xezerxeber.az-ın xəbərinə görə, Şəmkir rayonunun Zəyəm qəsəbəsində ət satışı ilə məşğul olan sahibkarlar kəsim məntəqələrində təşkil olunan baytarlıq ekspertizasının qanunvericiliyin tələbləri çərçivəsində keçirilmədiyini bildirirlər.

Qəssabların sözlərinə görə, məntəqələrdə kəsilən heyvanlara və satışa çıxarılan ətə gözəyarı baxış keçirilib, qiymət verilir.

Ət satanlar hər şeyin qanuna uyğun aparılmasının tərəfdarıdırlar. Haqlı olaraq tələb edirlər ki, aidiyyəti qurum buna nəzarət etməlidir.

Qəssablar ət kəsimi məntəqələrinin ümumi şəraitindən də narazıdırlar. Onların sözlərinə görə sağlamlıq üçün keçirilən baytarlıq ekspertizası antisanitar şəraitdə baş tutur.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri İlkin Kərimov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, heyvanlar kəsilərkən muayinələrin aparılmasında hec də həmisə laboratoriya analizlərinə ehtiyac yoxdur. Baytar həkim tərəfindən kəsimə veriləcək heyvana əvvəlcə vizual baxış keçirilir. Məhsulun təhlukəsizliyi ilə baglı subhəli hal meydana gələrsə, laborator analizlərə cəlb edilir.

O da qeyd edilib ki, heyvan kəsimi yalnız müasir tələblərə cavab verən kəsim məntəqələrində həyata keçirilə bilər.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti