Xəzər Xəbər

Azərbaycan – Konqo əlaqələrində YENİ DÖVR VİDEO

Veb TV | 22:00 • 4 Aprel 2024
Azərbaycan – Konqo əlaqələrində YENİ DÖVR

Neokolonializmə qarşı mübarizə xarici siyasət istiqamətlərimiz arasında xüsusi önəm daşıyır.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Konqo  Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında səsləndirib. Bu gün Qoşulmama Hərəkatının daha güclü təşkilat olduğunu xatırladan dövlət başçısı Azərbaycanın təşkilata sədrliyi dövründə Konqonun dəstəyinin hər zaman hiss edildiyini bildirib.

Prezident İlham Əliyev  deyib ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir.

Dövlət başçısı Azərbaycanın COP29-a çox ciddi hazırlaşdını da qeyd edib.

Konqo Prezidenti Deni Sassu-Nqesso bu səfərin Konqo ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əməkdaşlıq səhifəsini yaratmağa imkan verəcəyini bildirib.

Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar