Xəzər Xəbər

Şəkidə məktəbdə 4 ildir qazanxana qurulsa da, siniflər hələ də sobalar ilə QIZDIRILIR VİDEO

Veb TV | 21:05 • 4 Aprel 2024
Şəkidə məktəbdə 4 ildir qazanxana qurulsa da, siniflər hələ də sobalar ilə QIZDIRILIR

Şəkinin Baş küngüt tam orta məktəbi 2014 cü ildə əsaslı təmir olunub, kəndə 2019-cu ildə qaz verilib o cümlədən məktəbə də 2020-ci ildən qaz xətti çəkilərək mərkəzi istilik sistemi qurulub.

Xezerxeber.az xəbər verir ki, lakin illərdir xətt olsa da, qaz verilişi təmin olunmadığı üçün məktəbdə siniflər odun sobaları ilə qızdırılır.

Məktəb rəhbərliyinin sözlərinə görə, dizel yanacağı ilə hazırki istilik sistemi sinifləri kifayət qədər isidə bilmir. Məcbur siniflər odun sobası ilə qızdırılır.

İllərdir kənd sakinləri müxtəlif müəsisələrə müraciət etsələr də məsələ həllini tapmır.

Zaqatala regional Qaz İstismarı İdarəsindən bildirildi ki, qaz xətti tam şəkildə qurulub. Xəttin mağistrala qoşulması üçü Şəki - Zaqatala regional təhsil idarəsi tərəfindən layihə hazırlanmalı, aydiyyəti qrumlar da təsdiq edilməlidir ki, layihə əsasında xəttə qaz verilsin.

Məsələyə Şəki-Zaqatala Regional Təhsil İdarəsi də münasibət bildirib. 

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar