Xəzər Xəbər

Taksi nişanları hansı formada olmalıdır? VİDEO

Veb TV | 20:45 • 4 Aprel 2024
Taksi nişanları hansı formada olmalıdır?

Məcbur deyil, amma, olarsa qaydalara uyğun olmalıdır.

Xezerxeber.az xəbər verir ki, söhbət avtomobillərin damında taksi sözü yazılmış fənər və qapıların üzərində şahmat qaydasında dördbucaqların olmasından gedir.

Avtomobilini taksi xidməti üçün istifadə edən əksər sürücülər fərqlənmə üçün, nəqliyyat vasitəsinin damına "şahmat" adlandırılan taksi yazılı fənər quraşdırırlar. Bu isə taksilərlə bağlı qəbul olunan yeni qərara əsasən məcburi olmasa da, qanunla müəyyən edilmiş qaydada olmalıdır.

Sürücülərin əksəriyyəti taksilərin xarici tərtibatına dair tələblərdən məlumatsız olsalar da, nəqliyyat vasitəsinin üzərində taksi yazılmış fənərin olmasını vacib hesab edirlər.

Qeyd edək ki, yeni qaydalara əsasən etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək. Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar