Xəzər Xəbər

Bakıda güclü külək FƏSADLAR TÖRƏTDİ VİDEO

Veb TV | 20:40 • 4 Aprel 2024
Bakıda güclü külək FƏSADLAR TÖRƏTDİ

Bakıda  əsən güclü külək bir sıra fəsadlar törədib.

Xezerxeber.az xəbər verir ki, ölkənin əsas magistral yollarından birində kilometrlərlə tıxac yarandır.

Güclü külək fərdi yaşayış evlərinə də  ziyan vurub.Evin dam örtüyü uçub..

Çıxılmaz vəziyyətdə qalan ev sahibi aidiyyəti qurumlardan kömək istəyib.

Külək Nəsimi rayonunda ağacı avtomobilin üzərinə aşırıb. Nəqliyyat vasitəsinə ciddi ziyan dəydiyi bildirilir. Binəqədi rayonunda isə güclü külək sakinlərin hər gün istifadə etdiyi yolun yaxınlığında iri gövdəli ağacı kökündən çıxarıb. Ağac restoraranlardan birinin üzərinə aşıb. Verilən məlumata görə, güclü külək nəticəsində paytaxtda 20 ağac sınıb, 30-dan çox ağacın budaqları qırılıb.

TƏBİB-dən verilən məlumata görə, güclü külək nəticəsində 4 nəfər xəsarət alıb. 2 nəfər ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.

Dövlət Dəniz və Liman agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib ki, güclü küləklə bağlı təhlüksəzilik tədbirləri gücləndirilib.

Milli Hidrometeorologiya Xidmətindən güclü küləyin axşama doğru zəifləyəcəyi bildirilib.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar