Xəzər Xəbər

Ağdaşda kanalın üzərindəki körpünün insanlara yaratdığı TƏHLÜKƏ VİDEO

Veb TV | 20:20 • 4 Aprel 2024
Ağdaşda kanalın üzərindəki körpünün insanlara yaratdığı TƏHLÜKƏ

Su kanalının üzərində körpü olsa da, ətrafı açıqdır. Bu isə sakinləri narahat edir.

Xezerxeber.az xəbər verir ki, söhbət Ağdaş rayonunun Dəhnəxəlil kəndindən gedir. Kənd daxili yol çəkilən zaman su kanalının üzərində körpü salınsa da ancaq işlər yarımçıq qalıb. Körpünün ətrafında dəmir məhəcər quraşdırılmayıb. Sakinlər bildirir ki, bu da həm sürücülər, həm də piyada və hər gün körpüdən keçən az yazşlı uşaqlar üçün təhlükəlidir.

Kənd sakinləri qısa zamanda aidiyyəti qrumlar tərəfindən problemin aradan qaldırılmasını istəyirlər.

Məsələ ilə bağlı Ağdaş Suvarma Sistemləri İdarəsindən bildirildi ki, hazırda həmin su kanalında tikinti şirkəti tərəfindən işlər aparılır. Tikinti işlərini həyata keçirən şirkətin iş icraçısı Rüstəm Məmmədov “Xəzər Xəbər”ə bildirdi ki, rayonun ərazisində 27 kilometr uzunluğunda su kanallarında betonlama işləri aparılacaq. Sözügedən su kanalı üzərində olan körpünün ətrafının bağlanması da təmir işləri zamanı həyata keçirləcək.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024