Xəzər Xəbər

Bakının daha bir qəsəbəsi acınacaqlı vəziyyətdən XİLAS OLDU VİDEO

Veb TV | 21:11 • 2 Aprel 2024
Bakının daha bir qəsəbəsi acınacaqlı vəziyyətdən XİLAS OLDU

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində yaranan acınacaqlı vəziyyət hər kəsin narahatlığına səbəb olur.

Xezerxeber.az xəbər verir ki ərazidə iri boru ilə xəzərə axıdılan çirkab suları və əraziyə atılan zibillər xoşagəlməz görüntü yaratmaqla yanaşı, həm dənizin çirklənməsinə, həm də ətrafa üfunət iyinin yayılmasına səbəb olur.

Bu gün həmin ərazi məişət tullantılarından təmizlənib.

Məsələ araşdırılaraq, ərazinin təmizlənməsinin Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyi bildirilib.

"Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı "Xəzər xəbər"ə bildirib ki, təmsil etdiyi qurum bu ərazidə xidmət göstərmir:

"Bu, açıq kanaldır. O, sovet dövründə çəkilib və əsasən, neftin lay sularını kənarlaşdırmaq üçün nəzərdə tutulub. Gələcəkdə Abşeron yarımadasının Baş Planı olacaq, həmin plana əsasən, bu açıq kanala tökülən tullantıların da qarşısı alınıb kanalizasiya kollektorlarına yönləndiriləcək. Bunun üçün də hökmən o ərazilərdə kanalizasiya infrastrukturu yaradılacaq",-  deyə "Azərsu" rəsmisi vurğulayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar