Xəzər Xəbər

Məhkumları sevindirəcək xəbər - Əfv sərəncamının VAXTI BİLİNDİ VİDEO

Veb TV | 21:00 • 2 Aprel 2024
Məhkumları sevindirəcək xəbər - Əfv sərəncamının VAXTI BİLİNDİ

May ayında əfv sərəncamı ola bilər.

Bunu ''Xəzər Xəbər''ə açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, sabah Əfv Məsələləri Komissiyasının ilk iclasının keçirilməsi nəzərdə tutulur.

Əfv üçün məhkumlar və ya onların ailə üzvlərinin müraciətləri komissiyaya təqdim edilməlidir. Əliməmməd Nuriyev deyir ki, bütün daxil olan müraciətlər əfv komissiyasında ətraflı araşdırılır, rəylər formalaşdırılır və arayış formasına salınır. Bundan sonra əfv komissiyasının sədrinin iclası keçirilir. Kimlərin əfv sərəncamına düşmə şansına gəlincə, Komissiya üzvü deyib ki, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törədənlər əfv olunmurlar.

Bəs bu humanist addımdan nə qədər məhkum yararlanacaq?.

Onun sözlərinə görə, müstəqillik dövründə 68 əfv sərəncamı olub. Bu sərəncamlar 10 minə yaxın məhkuma şamil edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar