Xəzər Xəbər

Qayda pozmadığı halda cərimə ödəyib - Sürücü ödədiyi pulun geri qaytarılmasını və yeni cərimələrin silinməsini istəyir VİDEO

Veb TV | 20:07 • 1 Aprel 2024
Qayda pozmadığı halda cərimə ödəyib - Sürücü ödədiyi pulun geri qaytarılmasını və yeni cərimələrin silinməsini istəyir

Lənkəran sakini qayda pozmadığı halda onun adına cərimə olunduğu barədə 4 protokol yazıldığını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, Lənkəran rayonu, Aşağı Nüvədi kənd sakini Amal Hüseynovun adına Bakı şəhərində evakuatorla radara düşməsi ilə bağlı 4 xəbərdarlıq bildirişi gəlib.

Amma sürücü bu cərmə ilə razılaşmır. Səbəb isə onun evakuator deyil, təcili tibbi yardım avtomobilinin sürcüsü olmasıdır.

Amal Hüseynov deyir ki, Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında “90 JM 949”  dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilini idarə edir. O, evdə olduğu halda harada və hansı şəraitdə, hansı ərazidə radara düşdüyünü öyrənmək üçün aidiyyəti üzrə müarciət edib. Amal Hüseynova radar cərməsinin   99 JM 949  dövlət qeydiyyat nişanlı evakuator tipli nəqliyyat vasitəsinin olduğunu bildiriblər.

İndi Amal Hüseynov  yol-hərəkəti qaydalarını pozmadığı halda onun adına yazılan cərimlərinin silinməsini və bundan əvvəl evakuator üçün ödədiyi cərimlərin də ona qaytarılmasını istəyir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirdi ki, vətəndaş İdarənin rəsmi internet səhifəsi olan dyp.gov. az-a müraciət etsin. Nəticəsi barədə vətəndaşa rəsmi qaydada məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti