Xəzər Xəbər

Stomatoloji xidmətlər üçün tariflərin tətbiqi nəzərdə tutulur? VİDEO

Veb TV | 20:39 • 1 Aprel 2024
Stomatoloji xidmətlər üçün tariflərin tətbiqi nəzərdə tutulur?

Stomatoloji xidmətlər dövlət poliklinikalarında və özəl stomotoloji kabinetlərdə demək olar ki, eyni qiymətlə yerinə yetirilir. Halbuki dövlət polikinikalarında bütün ləvazimatlar, kommunlar xərclər dövlət hesabına ödənilir. Bəs belə olan halda niyə poliklinikalardakı qiymətlərə nəzarət edilmir? Üstəlik, stomatoloji xidmətlər niyə icbari tibbi sığortaya daxil edilmir?

Xezerxeber.az-ın məlumatına görə, ümumiyyətlə, stomatoloji xidmətlərin tarifləri bəlli deyil.

Vətəndaşlar isə hesab edirlər ki, TƏBİB-in tabeliyində olan poliklinikalarda qiymətlər özəl müəssisələrə nisbətən qənaətbəxşdir.

Bəs stomatoloji xidmətlər üçün vahid tariflərin tətbiqi nəzərdə tutulurmu?

Məsələ ilə bağlı sorğumuza TƏBİB-dən bildirildi ki, stomatoloji xidmətlər icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmadığı üçün bu kimi xidmətlərin "İcbari tibbi sığortaya daxil olmayan ödənişli xidmətlər"ə daxildir. Tariflərin müəyyən edilməsi kimi məsələlər isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətlətlərinə aiddir.

Lakin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən də “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən tariflər qurumun səlahiyyətində deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti