Xəzər Xəbər

"Dörd kənd beş gündən sonra Azərbaycana qaytarılır" VİDEO

Erməni jurnalist revanşist qüvvələri ayağa qaldırmağa çalışır
Veb TV | 19:34 • 1 Aprel 2024
"Dörd kənd beş gündən sonra Azərbaycana qaytarılır"

"Tavuş bölgəsində böyük narazılıq var. Dörd kənd Azərbaycana qaytarılır. Beş gün sonra olanları görəcəksiniz".

Xezerxeber.az-ın məlumatına görə, bu barədə ermənistanlı jurnalist Voskan Sarkisyan sosial şəbəkə hesabında paylaşım edib.

Ermənistanın əsas media orqanlarından biri hesab olunan “Aravot” qəzetinin əməkdaşı paylaşımında qeyd edib ki, Tavuşda torpaqların Azərbaycana verilməsinə qarşı böyük ictimai hərəkat formalaşır. “Hazırda hazırlıq prosesi 5 günə yekunlaşacaq təşkilati işlər gedir. İndi bu barədə ətraflı yazmıram. Çünki hakimiyyət prosesin qarşısını ala bilər”- yazan Voskan Sarkisyan revanşist qüvvələri meydana dəvət edib.

Mövzuya münasibət bildirən siyasi şərhçi Zaur Məmmədov deyib ki, vəziyyətin gərginləşməsində maraqlı olan təkcə Ermənistan daxilindəki qüvvələr deyil. Onlar bu kimi məlumatları tirajlayaraq Ermənistan əhalisini mitinqlərə çıxarmağa nail olmaq istəyirlər. Bunun üçün isə saxta məlumatlardan istifadə edirlər.

Xatırladaq ki, ermənistanlı jurnalist bundan əvvəl də bir neçə dəfə təxribat  xarakterli məlumatlar paylaşıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti