Xəzər Xəbər

Evdəki əşyaları necə sığortalatmaq olar? VİDEO

Veb TV | 14:38 • 1 Aprel 2024
Evdəki əşyaları necə sığortalatmaq olar?

Evdə gündəlik istifadə etdiyimiz televizor, soyuducu, ütü və digər məişət əşyalarını, o cümlədən mebelləri sığortalamaq mümkündür. Bunun üçün mənzildəki bütün əşyaların siyahısı tərtib olunmalı və onların qiymətləndirilməsindən sonra sənəd sığorta şirkətinə təqdim edilməlidir. Daha sonra isə sığorta şirkəti tərəfindən evdəki əşyalara baxış keçirilir və təkliflər verilir.

Xezerxeber.az-ın xəbərinə görə, sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov deyir ki, prosses könüllü olduğundan standart sığorta haqqı yoxdur, ödənişlər  və təminat baxışın nəticəsinə əsasən təyin olunur.

Bəs məişət əşyalarını sığorta etdirən şəxslər hansı hallarda ödəniş ala bilərlər?

İlkin İbrahimovun sözlərinə görə, ev əşyalarının sığortalanması xarici ölkələrdə geniş yayılıb. Amma Azərbaycanda bununla bağlı sığorta şirkətlərinə üz tutanlar çox deyil.

Ekspert bildirir ki, əgər daşınar əmlaka istənilən səbəbdən zərər yetirildiyi halda sığorta mexanizmi işə düşərsə, bu zaman hər bir vətəndaş mənzilində olan əşyalarını sığota etdirməkdə maraqlı olar.

Daha ətraflı videomaterialda: 

Xəbər lenti

Çox oxunanlar