Xəzər Xəbər

Bir-iki kitab oxuyur, müşahidə aparır... - Belə "psixoloq"ların qurbanı ola bilərsiniz... VİDEO

Veb TV | 21:35 • 31 Mart 2024
Bir-iki kitab oxuyur, müşahidə aparır... - Belə "psixoloq"ların qurbanı ola bilərsiniz...

Bir seans üçün 150-200 hətta 300 manat pul alırlar....Özlərinin isə  bu sahədə diplomu yoxdur....

Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə son zamanlar özünü psixoloq, psixatr və psixoterapevt kimi təqdim edən şəxslərin sayı  çoxalıb.

Lakin əksəriyyətinin ali təhsillərinin olmadığı iddia olunur.

Azərbaycan Psixatriya Assosiasiyasının Prezidenti Nadir İsmayılov deyir ki, psixoloq, psixatr və psixoterapevt adından istifadə edən şəxslərə müraciət etmək, gələcəkdə səhhətimizdə ciddi problemlər də yarada bilər.

Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı isə deyir ki, bu cür şəxslər üçün qanunvericilikdə hər hansısa bir cəza tətbiqi yoxdur.

Vətəndaşlar bu cür şəxslərə müraciət  edərkən onların ali təhsili ilə əvvəlcədən maraqlanmaları  tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar